İlkay Gündoğan "Barcelona" iddialarına cavab verdi

21-04-2023, 08:18           
İlkay Gündoğan "Barcelona" iddialarına cavab verdi
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
32 yaşlı yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında gələcəyi ilə bağlı deyib:
"Arxa planda "Barselona" ilə danışıqlar davam edir. Müqaviləmin bitməsinə bir neçə ay var. Bu vəziyyətdə kimləsə görüşməyim normaldır. Çox detallara girmək istəmirəm. Hələ qərarımı verməmişəm. Danışıqlar davam edir, nəsə yenilik olsa, məlumat veriləcək".
Qeyd edək ki, İlkayın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru