Günahkar Messidir! - Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından qovula bilər

21-04-2023, 11:08           
Günahkar Messidir! -
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu bu ölkədən deportasiya
oluna bilər.
Buna səbəb portuqaliyalı futbolçunun “Əl-Hilal”a 0:2 hesabı ilə uduzduqları çempionat
oyunundakı davranışıdır.
38 yaşlı hücumçu meydançanı tərk edərkən “Messi” şüarları səsləndirən rəqib komandanın
azarkeşlərinə qeyri-etik jest edib.
Nuf ibn-Əhməd adlı vəkil sosial şəbəkə hesabında paylaşım edərək, Ronaldunu məhkəməyə
verdiyini açıqlayıb: “Onun hərəkəti cinayət və əxlaqsızlıqdır. Həbs olunması və deportasiya
edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Əl-Nəsr”ə ötən ilin dekabrında keçib.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru