Avropa Liqası: “Sevilya” evdə, “Bayer” səfərdə darmadağınla yarımfinala çıxdı - VİDEO

21-04-2023, 09:44           
Avropa Liqası: “Sevilya” evdə, “Bayer” səfərdə darmadağınla yarımfinala çıxdı - VİDEO
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az-ın məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.

İngiltərə “Mançester Yunayted”i İspaniyada “Sevilya”nın qonağı olub. Matç əndəlusiyalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. İlk oyun 2:2 hesabı ilə başa çatdığından ümumi hesabda 5:2 üstün olan “Sevilya” yarımfinala adlayıb.

İtaliya “Yuventus”u Portuqaliyada “Sportinq”in qonağı olub. Evdə minimal hesablı qələbə qazanan turinlilər səfərdə heç-heçə etməklə mərhələ keçiblər.

Almaniya “Bayer”i Belçikada “Union”la üz-üzə gəlib. 4:1 hesablı qələbə qazanan leverkuzenlilər yarımfinala yüksəliblər.

UEFA Avropa Liqası 1/4 final, cavab oyunları

20 aprel
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 3:0
Qollar: En Nesiri, 8, 81, Bade, 47
İlk oyun - 2:2

“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 1:1
Qollar: M.Devards, 20 (pen.) - Rabyo, 9
İlk oyun - 0:1

“Union” (Belçika) - “Bayer” (Almaniya) - 1:4
Qollar: Terho, 65 - Diabi, 2, Bakker, 38, Frimponq, 61, Hlojek, 79
İlk oyun - 1:1

“Roma” (İtaliya) - “Feyenoord” (Niderland) - 4:1 (əlavə vaxtda)
Qollar: Spinatsola, 60, Dibala, 89, El Şaaravi, 101, Pelleqrini, 109 - İqor, 80
İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda “Yuventus” “Sevilya”, “Bayer” isə “Feyenoord” – “Roma” cütünün qalibi ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru