Konfrans Liqası: “Fiorentina” uduzub, “AZ Alkmaar” isə revanşı alıb yarımfinala çıxdı

21-04-2023, 10:24           
Konfrans Liqası: “Fiorentina” uduzub, “AZ Alkmaar” isə revanşı alıb yarımfinala çıxdı
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az-ın məlumatına görə, cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək.

Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayıb.

“Fiorentina” ilk matçda darmadağın etdiyi Polşa “Lex”i ilə bu dəfə İtaliyada qarşılaşıb. Florensiyalılar 2:3 uduzsalar da, ümumi hesabda 6:4 üstün olublar və yarımfinala yüksəliblər.

“AZ Alkmaar” Belçikada “Anderlext”ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağı bacarıb. Matçın əsas vaxtı 2:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan niderlandlılar mərhələ keçiblər.

Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərədə “Vest Hem”in qonağı olub. Rəqibini darmadağın edən ingilislər yarımfinala yüksəliblər.

UEFA Konfrans Liqası 1/4 final, cavab oyunları
13 aprel

“Fiorentina” (İtaliya) - “Lex” (Polşa) - 2:3
Qollar: Sottil, 78, Kastrovilli, 90+2 - A,Souza, 9, Velde, 65, Sobiex, 69
İlk oyun - 4:1

“AZ Alkmaar” (Niderland) - “Anderlext” (Belçika) - 2:0 (penaltilər - 4:1)
Qollar: Pavlidis, 5, 13
İlk oyun - 0:2

“Vest Hem” (İngiltərə) - “Gent” (Belçika) - 4:1
Qollar: M.Antonio, 37, 63, Paketa, 55, Rays, 58 - Kuypers, 26
İlk oyun - 1:1

“Nitsa” (Fransa) - “Bazel” (İsveçrə) - 1:2 (əlavə vaxtda)
Qollar: Laborde, 9 - Auqustin, 86, Adams, 98

İlk oyun - 2:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru