Musa Qurbanlı İtaliya klubuna keçir? - Qurban Qurbanov açıqladı 22-04-2023, 10:14 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İtaliyanın “Torino” klubuna transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.“Qafqazinfo” xəbər verir ki, o, yayılan xəbəri təkzib edib:“Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdə vurduğu 20 qolla çempionatın bombardiridir. Facebook-da paylaş