Ançelotti oyunların çox olmasından narazıdır:

22-04-2023, 12:38           
Ançelotti oyunların çox olmasından narazıdır:
“Real”ın (Madrid) baş məşqçisi Karlo Ançelotti sıx qrafikdən şikayətçidir.

Bu barədə italyan mütəxəssis İspaniya La Liqasının XXX turunda üz-üzə gələcəkləri “Selta” ilə matçdan öncə mətbuat konfransında bildirib.

“Federasiyalar futbolçuları veclərinə almırlar. Bəzi şeylərin dəyişməsi lazımdır. Oyunlar həddindən artıqdır. Futbolçuların sağlamlığını düşünməliyik. Təqvimə baxdım və yanılmadığımı gördüm. Milli komandaların oyunları ilə bağlı fasiləni nəzərə almasaq, bu il cəmi səkkiz gün istirahət etmişik”, - deyə Ançelotti narazılığını ifadə edib.
Qeyd edək ki, sabah keçiriləcək “Real” - “Selta” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mənbə: “Marca”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru