Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular açıqlanıb

22-04-2023, 12:28           
Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular açıqlanıb
UEFA Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular müəyyənləşib.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Tyaqo Silva rekorda şərik olub.

"Real Madrid"ə qarşı 1/4 final mərhələsinin cavab matçında meydana çıxan 39 yaşlı oyunçu ispaniyalı sabiq qapıçı İker Kasilyasa çatıb.

Silva Madrid təmsilçisi ilə görüşlərdə, keçmiş qolkiper isə Almaniya "Bavariya"sı ilə qarşılaşmalarda 14 dəfə meydanda olub.

Futbolçu Ölkəsi Rəqib Oyun sayı Çıxış etdiyi komandalar Müddət İker Kasilyas İspaniya "Bavariya" 14 "Real Madrid" 1999-2012 Tyaqo Silva Braziliya "Real Madrid" 14 "Milan" 3, PSJ 5, "Çelsi" 6 2009-2023 Hasan Salihamidziç Bosniya və Herseqovina "Real Madrid" 13 "Bavariya" 12, "Yuventus" 1 1999-2008 Oliver Kan Almaniya "Real Madrid" 12 "Bavariya" 12 1999-2007 Raul Qonsales İspaniya "Bavariya" 12 "Real Madrid" 12 1999-2007 Viktor Valdes İspaniya "Milan" 12 "Barselona" 12 2004-2013 Iker Casillas İspaniya "Yuventus" 12 "Real Madrid" 10, "Portu" 2 2003-2017 Kriştianu Ronaldu Portuqaliya "Lion" 12 "Mançester Yunayted" 4, "Real Madrid" 6, "Yuventus" 2 2004-2020 Kriştianu Ronaldu Portuqaliya "Atletiko" (Madrid) 12 "Real Madrid" 6, "Yuventus 4, "Mançester Yunayted" 2 2014-2022












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru