"Bizdə çoxlu sərt və əla döyüçülər var, lakin sərt döyüşlər azdır, ən güclülərin bir-birilə savaşması nadir hallarda baş verir..."
22-04-2023, 19:29

Mayk Tayson dünyanın ən yaxşı boksçusunun adını açıqlayıb
Superağır çəki dərəcəsində keçmiş dünya çempionu Mayk Tayson Tayson Fyurini dünyanın ən yaxşı boksçusu adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə o, ESPN (Entertainment and Sports Proqramming Network-Amerikanın beynəlxalq idman kanalı-red.) kanalına müsahibəsində bəyan edib.
"Dünyanın ən yaxşı boksçusu Tayson Fyuridir, - 56 yaşlı əfsanəvi idmançı qeyd edib. - Hazırda o, boksun başlıca sərvətidir bə idmanın bu növündə ən tanınan simadır".
Bundan başqa, "dəmir Mayk" indiki boksda nəyin onun xoşuna gəlmədiyini deyib.
"Hesab edirəm ki, bizdə çoxlu sərt və sadəcə əla döyüşçülər var, - Tayson deyib. - Lakin sərt döyüşlər azdır, ən güclülərin bir-birilə savaşması nadir hallarda baş verir".
O, həmçinin anladıb ki, ən yaxşıların rinqdə görüşlərinin təşkilində hər şey ilk növbədə döyüşçülərin istəyindən, bundan sonra isə onların promouterlərindən asılıdır.
34 yaşlı Fyuriyə gəldikdə isə hazırda o, Ümumdünya Boks Şurasının (WBC) versiyasına görə, superağır çəki dərəcəsində fəaliyyətdə olan dünya çempionudur.
Bu titul ona 2020-ci ildə Deontey Uayderi nokauta salandan sonra verilib.
Onun hesabında peşəkar rinqdə 33 qələbə və bir heç-heçə var.
Boksçu ilk titulunu 2015-ci ildə Vladimir Kliçko ilə döyüşdən sonra alıb, o zaman Fyuri hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Nəticədə o, demək olar ki, bütün aparıcı təşkilatların- İBF, İBO, WBO və WBA- nın kəmərlərini qazanıb.
Lakin sonradan idmançı dopinq, depressiya və narkomanlığa görə diskvalifikasiya olunduqdan sonra karyerasında üçillik fasilə səbəbindən, demək olar ki, bütün titullarını itirib.