Renat Dadaşov qol vurdu, komandası qalib gəldi - VİDEO

23-04-2023, 12:03           
Renat Dadaşov qol vurdu, komandası qalib gəldi - VİDEO
İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Oxu.Az xəbər cerir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Vintertur"un qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Renat Dadaşov matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat komandasının ikinci qolunun müəllifi olub. 45+1-ci dəqiqədə fərqlənən 23 yaşlı forvard hesabı 2:0 edib. Bu, Renatın mövsümdə 7-ci qoludur.
Xallarını 37-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru