"Beşiktaş" erməni futbolçunu transfer edə bilər

24-04-2023, 20:37           
"Beşiktaş" erməni futbolçunu transfer edə bilər
Rusiyanın “Qazprom” şirkəti ilə müqavilə bağlayan Türkiyənin “Beşiktaş” futbol klubu ilə rusiyalı futbolçuları transfer edə bilər.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri məlumat yayıb.

Məlumata görə, klubun “Qazprom”la anlaşması nəticəsində Rusiya Premyer Liqası klublarından bir sıra futbolçular “Beşiktaş”a keçə bilər. Türkiyə komandasına potensial transferlər arasında “Zenit”in futbolçuları Malkolm və Vendel, “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan və ÇSKA-nın yarımmüdafiəçisi Xorxe Karraskal da var. Onlar “Beşiktaş”ın heyətində avrokuboklarda çıxış edə, gələcəkdə Türkiyə klubundan Avropa komandalarına keçə biləcəklər.

“Qazprom”la “Beşiktaş” arasında müqavilənin məbləği 67 milyon dolladır. Rusiya şirkəti klubun stadionunun titul sponsoru olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru