İkardi dünya çempionunu "Qalatasaray"a gətirir

26-04-2023, 08:44           
İkardi dünya çempionunu "Qalatasaray"a gətirir
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Offsideplus.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin argentinalı yarımmüdafiəçisi Leandro Paredesi sıralarına qatmağa hazırlaşır.

28 yaşlı son dünya çempionu yayda icarə əsasında "Qalatasaray"a keçə bilər.

Məlumata görə, bu keçidin baş tutmasında "Qalatasaray"ın argentimalı hücumçusu Mauro İkardi bilavasitə rol oynayır.

Qeyd edək ki, Predes 2019-cu ildən PSJ-də çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru