İtaliya Kubokunda ilk finalçı müəyyənləşdi – VİDEO

27-04-2023, 12:08           
İtaliya Kubokunda ilk finalçı müəyyənləşdi – VİDEO
İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, yarımfinalın cavab oyununda öz meydanında “Yuventus”u 1:0 hesabı ilə məğlub edən “İnter” həlledici görüşə vəsiqə qazanıb.

Yeganə qolu 15-ci dəqiqədə Federiko Dimarko vurub. İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından yekunda 2:1 üstün olan “nerazzuri” finala yüksəlib.
Həlledici qarşılaşmanın digər iştirakçısı “Fiorentina” – “Kremoneze” matçında müəyyənləşəcək. İlk oyunda florensiyalılar səfərdə iki cavabsız qolla qələbə qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru