“Atletiko” qələbə qazanıb “Real”a yaxınlaşdı, “Barselona” uduzdu - YENİLƏNİB + VİDEO

27-04-2023, 12:44           
“Atletiko” qələbə qazanıb “Real”a yaxınlaşdı, “Barselona” uduzdu - YENİLƏNİB + VİDEO
İspaniya La Liqasında XXXI tur davam edir.

Oxu.Az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri də “Reyo Valeykano” ilə “Barselona” arasında olub.

Birincilərin meydanında baş tutan qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarsiya 19 və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. Levandovski 83-cüdəqiqədə qollardan birinin əvəzini çıxmağı bacarsa da, “Barselona”nın bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra 76 xalda qalan kataloniyalılar liderliyə davam edirlər. “Rayo Valeykano” isə xallarının sayını 43-ə çatdıraraq 9-cu pilləyə yüksəlib.

23:45
İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Atletiko” öz meydanında “Malyorka”nı 3:1 hesabı ilə məğlub edib.

Madridlilərin qollarını Rodriqo De Paul, Alvaro Morata və Yannik Ferreyra Karrasko vurublar. Qonaq komandanın heyətində Matiya Nastasiç fərqlənib.

Qələbə sayəsində xallarını 63-ə çatdıran “Atletiko” əvvəlki kimi 3-cüdür. Komanda “Real”la (Madrid) fərqi azaldaraq 2 xala endirib. “Malyorka” 40 xalla 11-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru