Kamal Bayramov ÖZÜNDƏN ÇIXDI: "Bu sualı mən jurnalistlərə verirəm"

28-04-2023, 09:34           
Kamal Bayramov ÖZÜNDƏN ÇIXDI:
"Bu sualı mən jurnalistlərə verirəm. Karyeramın davam etməsini istəyirsiniz? Karyeram haqda fikrim qətidir, hələ yaşıl meydanlardayam".

Teref.Az bildirir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında "Turan Tovuz"un 37 yaşlı qapıçısı Kamal Bayramov deyib. Qərb təmsilçisinin kapitanı karyerasını bitirib-bitirməyəcəyi haqda danışıb.

"Son zamanlar bu barədə suallar tez-tez verirlər, görünür, yaşımla əlaqədardır. İnanın, özümü heç 37 yaşda kimi hiss etmirəm. İndikindən azı 10 yaş cavan hiss edirəm. Şükürlər olsun, gücüm, istəyim var, yetəri qədər əzmkaram.

Əgər gücüm varsa, komandama xeyir verəcəyəmsə, niyə futboldan gedim? Təcrübəyə də qalanda, düşünmürəm ki, praktika və futbol nəzəriyyəsi tərəfdən axsamam var. Əksinə, hər şey qaydasındadır. Mənfi fikirlərə qapılmıram, açığı, buna ehtiyac da duymuram. Komandamın kapitanıyam. Kapitan kimi yeni uğurlara imza atmağı hədəfləmişəm. Oynayıb, karyeramı davam etdirmək istəyirəm. Bu qədər".

Təcrübəli "çərçivə qoruyucusu"nun "Turan Tovuz"la müqaviləsinin müddəti bu ilinin 30 iyununda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru