"Qalatasaray" Lukas Torreyranın əvəzləyicisini tapıb. Bu barədə "A spor" məlumat yayıb. Avropa klublarının transfer siyahısında olan Torreyra komandadan ayrılsa, "Cim-Bom" onu "Sauthempton"un futbolçusu Diallo ilə əvəzləyəcək. 24 yaşlı yarımmüdafiəçi komandası İngiltərə Premyer Liqasını tərk etsə, komandadan ayrılmağı planlaşdırır. Qeyd edək ki, Diallonun klubla sözləşməsi 2024-cü ilin yayında başa çatır.