“Nyukasl”dan darmadağın, “Mançester Yunayted” qələbəni əldən verdi – VİDEO

28-04-2023, 11:24           
“Nyukasl”dan darmadağın, “Mançester Yunayted” qələbəni əldən verdi – VİDEO
İngiltərə Premyer Liqasında 33-cü tur çərçivəsində “Tottenhem” “Mançester Yunayted”i qəbul edib.

Matçın ilk hissəsində qonaqlar iki top fərqilə önə çıxsalar da, ikinci hissədə ev sahibləri aradakı fərqi aradan qaldırmağı bacarıb. Bununla da, Ten Haqın yetirmələri qələbəni əldən verərək bir xalla kifayətlənməli olublar - 2:2

Qələbələrini sıralayan “Nyukasl” “Everton”la səfər matçından da üstün ayrılıb. Qonaq komanda 3 xalı darmadağınla əldə edib - 1:4.
Qeyd edək ki, hazırda “Nyukasl”, “Mançester Yunayted” və “Tottenhem” turnir cədvəlində müvafiq olaraq 3, 4, və 5-ci pillələri bölüşür. Bu mövsüm uğursuz çıxışı ilə yadda qalan “Everton” isə sondan 2-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru