"Bavariya"nın futbolçusu iki həftəlik sıradan çıxdı
29-04-2023, 08:18
"Bavariya"nın futbolçusu Dayo Upamekano bud nahiyəsindən zədə alıb. Bakupost.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Tomas Tuhel məlumat verib. O bildirib ki, fransalı oyunçu ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, D.Upamekano bu mövsüm Bundesliqada 26 oyunda 2 qolun ötürməsini verib.