“Borussiya” zəif rəqibi ilə bacarmadı - VİDEO

29-04-2023, 11:24           
“Borussiya” zəif rəqibi ilə bacarmadı - VİDEO
Almaniya Bundesliqasında XXX tura start verilib.

Oxu.Az xəbər verir ki, lider “Borussiya” turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Bohum”un qonağı olub.

Matçda qalib müəyyənləşməyib - 1:1. Antonio Losillanın hesabı açdığı matçda “Borussiya”ya xal qazandıran qolu Kərim Adeyemi vurub.
Dortmund klubu hazırda 61 xalla liderdir. Edin Terziçin komandası ən yaxın izləyicisi “Bavariya”nı iki xal üstələyir. Münhenlilərin ehtiyatda bir oyunu da var.

“Bohum” isə 28 xalla 15-cidir. Komandanı düşmə zonasından üç xal ayırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.