“Barselona” ilə “Real” qələbə qazandılar - YENİLƏNİB + VİDEO

30-04-2023, 11:04           
“Barselona” ilə “Real” qələbə qazandılar - YENİLƏNİB + VİDEO
İspaniya La Liqasında 32-ci tur davam edir.

"Barselona" doğma meydanda "Betis"lə qarşılaşıb. Matç Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:0

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 79 xalla liderdir, "Betis" isə 49 xalla 6-cıdır.

"Barselona" - "Betis" - 4:0

Qollar: Kristensen, 14, Levandovski, 36, Rafinya, 39, Rodriqez, 82-avtoqol

Qırmızı vərəqə: Qonzalez, 33 ("Betis")

23:04

İspaniya La Liqasının XXXII turunda “Real” (Madrid) “Almeriya”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma “Kral klubu”nun qələbəsi ilə başa çatıb - 4:2

Kərim Benzemanın het-trik etdiyi qarşılaşmada “Real”ın digər qolunu Rodriqo vurub. Qələbə sayəsində xalını 68-ə çatdıran Madrid klubu 2-cidir və lider “Barselona”dan 8 xal geri qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru