Fransa kubokunun qalibi müəyyənləşib

30-04-2023, 11:37           
Fransa kubokunun qalibi müəyyənləşib
Futbol üzrə Fransa kubokunun final görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, turnirin həlledici görüşü “Stad de France” stadionunda “Tuluza” və “Nant” komandaları arasında oynanılıb.

Gərgin keçən görüş “Tuluza” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1.

“Tuluza” klubundan Loqan Kosta (4-cü və 10-cu dəqiqələr), Teys Dallinqa (23, 31) və Zəkəriyyə Abuxlal (79) fərqlənib.
“Nant” komandasından yeganə qolun müəllifi Lüdovik Blas olub.

1970-ci ildə qurulan “Tuluza” öz tarixində ilk titulunu qazanıb. Komanda gələn mövsüm Avropa Liqasında çıxış edəcək. “Nant” ötən il də daxil olmaqla dörd dəfə Fransa Kubokunu qazanıb.

Fransa Kubokunda qələbələrin sayına görə rekordçu “Paris Sen-Jermen”dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru