Millini gətirən təyyarə Bakıya eniş edə bilmədi, yolunu dəyişdi

1-05-2023, 08:28           
Millini gətirən təyyarə Bakıya eniş edə bilmədi, yolunu dəyişdi
Sabah minifutbol üzrə Ulu öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.

Sportinfo xəbər verir ki, Bakıda davam edəcək yarışda 8 komanda mübarizə aparacaq.

Elşad Quliyevin çalışdırdığı Azərbaycan millisi A qrupunda Çexiya (1 may), İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb.

Millini gətirən təyyarə Bakıya eniş edə bilmədi, yolunu dəyişdi - SON DƏQİQƏ

Artıq iştirakçı ölkələrin təmsilçiləri bir-birinin ardınca paytaxtımıza təşrif buyurub. Sabah saat 20:00-da yığmamızla Bakı Tennis Akademiyasının meydavnçasında üz-üzə gəlməli olan çexlərdən başqa.

Sözügedən komandanı gətirən təyyarə Bakı Hava Limanına eniş edə bilməyib. "Hava gəmisi" 1,5 saat Bakı səmasında dövrə vursa da, küləyin sürəti enişə imkan verməyib.

Belədə təyyarə Gürcüstana - Tbilisiyə səmt alıb. Çexiya millisinin qonşu ölkə paytaxtından bura nə vaxt və necə səfər edəcəyi hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru