Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurdular

1-05-2023, 08:49           
Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurdular
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a bildirilib ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında 9 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.

Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.

Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru