Portuqalların 60 milyon avro qiymət qoyduğu azərbaycanlı futbolçu karyerasını bərpa edir

2-05-2023, 13:50           
Portuqalların 60 milyon avro qiymət qoyduğu azərbaycanlı futbolçu karyerasını bərpa edir
Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını bərpa etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un əvəzedici komandasında məşqlərə başlayıb. Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov yaya qədər onu diqqətdə saxlayacaq, bundan sonra qalıb-qalmayacağı ilə bağlı qərar veriləcək.

Budaq Nəsirov son olaraq Portuqaliyanın “Sportinq” klubunun ikinci komandasında oynayıb. Hətta Lissabon təmsilçisi transferi rəsmiləşdirərkən ona 60 milyon avro qiymət qoyub. Ancaq Portuqaliyada uğursuzluqla üzləşən Budaq futboldan uzaqlaşıb. Onun Türkiyədə hotel sektorunda fəaliyyət göstərdiyinə dair məlumatlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru