İngiltərə Premyer Liqası: “Arsenal” “Çelsi” üzərində inamlı qələbə qazanıb

3-05-2023, 11:08           
İngiltərə Premyer Liqası:
İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal” doğma meydanda “Çelsi”dən üstün olub.

London derbisini Robert Consun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Oyunda hesab erkən açılıb. 18-ci dəqiqədə Martin Edeqor Qranit Cakanın ötürməsindən sonra dəqiq zərbə ilə topu doqquzluğa göndərib. 31-ci dəqiqədə eyni ikili “Arsenal”ın üstünlüyünü artırıb: Edeqor dubla imza atıb. 3 dəqiqə sonra “topçular” fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, matçın birinci hissəsi “Arsenal”ın böyük üstünlüyü ilə başa çatıb.

Tərəflərin qarşılıqlı hücumları ilə keçən ikinci hissədə isə “Çelsi” fərqi azalda bilib: 65-ci dəqiqədə Noni Madueke qapıçı Aaron Remsdeyli məyus edib.

“Zadəganlar”ın bütün səylərinə baxmayaraq, oyunda başqa qollar olmayıb.

Beləliklə, London derbisi “Arsenal”ın inamlı qələbəsi ilə sona çatıb – 3:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru