Dünyanın ən çox qazanan idmançıları reytinqində lider dəyişdi

3-05-2023, 09:58           
Dünyanın ən çox qazanan idmançıları reytinqində lider dəyişdi
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Forbes”in ən çox gəlir əldə edən idmançılar siyahısına başçılıq edir.

Superulduzun son bir ildəki ümumi qazancı 136 milyon dollar olaraq qiymətləndirilir.

İkinci yerdə ötən ilin lideri argentinalı Lionel Messi 130 milyon dollar gəlirlə qərarlaşıb.

İlk üçlükdə yer alan digər oyunçu isə son bir ildə 120 milyon dollar qazanan Fransa millisinin futbolçusu Kilian Mbappe olub.

Reytinqdə həmçinin üç basketbolçu, o cümlədən Los-Anceles Leykersdən LeBron Ceyms də var - o, 119,5 milyon dollarla dördüncü yerdədir.

Amerikalı qolfçu Dastin Conson keçən il qazandığı 107 milyon dollarla altıncı sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru