Türkiyənin "Qalatasaray" klubu futbolçusu Barış Alper Yılmazın müqaviləsini uzadıb. Bakupost.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Qeyd edək ki, Barış Alper Yılmaz 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən "Qalatasaray"a keçib.