“Napoli” 33 il sonra İtaliya çempionu oldu - VİDEO

5-05-2023, 12:54           
“Napoli” 33 il sonra İtaliya çempionu oldu - VİDEO
İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Luçano Spalettinin komandası buna 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə nail olub. Neapollular 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsələr də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib.
Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.

“Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl - 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru