Ağırlıqqaldıranların mükafatlandırma mərasiminə bayraqla çıxmasına icazə verilməyəcək

6-05-2023, 11:47           
Ağırlıqqaldıranların mükafatlandırma mərasiminə bayraqla çıxmasına icazə verilməyəcək
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) idmançıların mükafatlandırma mərasiminə dövlət bayraqları ilə çıxmasına icazə verməyəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qərara ötən il Albaniyanın paytaxtı Tiranada və bu il Ermənistanda baş vermiş hadisə səbəb olub.

Yeni qərar IWF-nin növbəti İcraiyyə Şurasının iclasından rəsmi olaraq qəbul ediləcək. Beləliklə, bayraqlar yalnız ekranlarda göstəriləcək.

Qeyd edək ki, 2022-ci ildə gənclərin Avropa çempionatında mükafatlar təqdim olunarkən Türkiyə idmançısı Emre Öztürklə Ermənistan təmsilçisi Qarik Karapetyan arasında insident baş verib.

Bu il İrəvandakı qitə çempionatının açılış mərasimində isə Azərbaycan bayrağı yandırılıb. Nəticədə milli komanda yarışdan imtina edərək Bakıya qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru