“Real” 20-ci dəfə İspaniya Kubokunu qazandı - VİDEO

7-05-2023, 10:57           
“Real” 20-ci dəfə İspaniya Kubokunu qazandı - VİDEO
İspaniya Kral Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Real” (Madrid) titula sahib çıxıb.

“Kral klubu” həlledici matçda “Osasuna”dan güclü olub - 2:1. Hesabı 2-ci dəqiqədə “Real”ın heyətində Rodriqo açıb. Lakin 58-ci dəqiqədə Lukas Torronun sayəsində “Osasuna” bərabərliyi təmin edib. 70-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Rodriqo oyunda yekun nəticəni müəyyənləşdirib.
Bu, “Real”ın 20-ci ölkə kuboku olub. Karlo Ançelotti isə ikinci dəfə titula yiyələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru