PSJ Messiyə yeni müqavilə təklif etdi

7-05-2023, 12:44           
PSJ Messiyə yeni müqavilə təklif etdi
PSJ futbolçusu Lionel Messini komandada saxlamaq istəyir.

Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Paris klubu 35 yaşlı hücumçu ilə əməkdaşlığı davam etdirməyə və müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

PSJ Messini Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik komandadan uzaqlaşdırıb. Argentinalı oyunçu bu hərəkətinə görə üzr istəyib. Messinin komandadan ayrılacağı güman edilirdi, lakin futbolçunun üzrxahlığından sonra onun müqaviləsi ilə bağlı vəziyyət dəyişə bilər.

Lioneli klubda qalmağa razı salmaq üçün PSJ maliyyə cəhətdən cəlbedici təklif göndərib. Futbolçunun cavabı hələ ki, məlum deyil.

Qeyd edək ki, Messinin Paris təmsilçisi hazırkı müqaviləsi yayda başa çatır. "Barselona", Səudiyyə Ərəbistanı və MLS klubları futbolçunu transfer etməkdə maraqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru