“Qalatasaray” məşhur futbolçunu transfer edir – FOTO

8-05-2023, 12:03           
“Qalatasaray” məşhur futbolçunu transfer edir – FOTO
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Teref.az offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya “Sportinq”ində forma geyinən sağ cinah müdafiəçisi Hektor Bellerin üçün hərəkətə keçib.

Məlumata görə, “Cim-bom” rəhbərliyi 28 yaşlı ispaniyalı futbolçunu komandadan ayrılacağı gözlənilən Saşa Boeyə əvəzləyici olaraq görür. Artıq tərəflər arasında danışıqlar aparılır. “Qalatasaray” Bellerin üçün 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Arsenal”, “Barselona” kimi klublarda top qovub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru