Futbol oyunu kütləvi dava ilə bitdi: 7 qırmızı vərəqə - VİDEO

8-05-2023, 13:37           
Futbol oyunu kütləvi dava ilə bitdi: 7 qırmızı vərəqə - VİDEO
Argentina çempionatının 15-ci turunun “Boka Xuniors” və “River Pleyt” komandaları arasında keçirilən paytaxt derbisi ikinci hissənin əsas vaxtında penalti təyin edildikdən sonra futbolçular arasında kütləvi dava ilə yekunlaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Buenos-Ayresdə "River Pleyt"in futbolçusu Miqel Borxa penaltini yerinə yetirərək komandasına 1:0 hesablı qələbə qazandırdıqdan sonra meydanda əvəzedicilərin iştirakı ilə əlbəyaxa dava düşüb.

Hakim yeddi qırmızı vərəqə göstərib və sakitliyi bərpa etmək təxminən 20 dəqiqə çəkib.

İki paytaxt komandası arasında keçirilən qarşılaşma onların tarixində 259-cu olub. Məlumata görə, bu derbi dünyanın ən prinsipial oyunu sayılır.

Bu mövsüm “River Pleyt” ölkə çempionatına başçılıq edir, “Boka Xuniors” isə 13-cü yerdədir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.