Mane İngiltərəyə qayıdır

10-05-2023, 10:14           
Mane İngiltərəyə qayıdır
Ötən il "Liverpul"u Münhen "Bavariya"sına dəyişən Sadio Mane yenidən İngiltərənin yolunu tuta bilər.

31 yaşlı sol cinah vingerinin bu mövsüm işləri qaydasında getməyən "Çelsi"yə keçmə ehtimalı var.

Məlumata görə, "zadəganlar"ın rəhbərliyi seneqallı ulduz üçün cəlbedici təklif hazırlayıb.

Bundesliqa klubunda özünü xoşbəxt hesab etməyən Mane də "Dumanlı albion"a qayıtmaq fikrindədir.

Qeyd edək ki, cari mövsüm "Bavariya" forması ilə 27 oyuna çıxan Mane 7 dəfə rəqib qapılarına yol tapıb.\\Offsideplus.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru