“Mançester Siti” Madrid səfərindən sərfəli nəticə ilə dönür - VİDEO

10-05-2023, 09:18           
“Mançester Siti” Madrid səfərindən sərfəli nəticə ilə dönür - VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnirin son qalibi olan İspaniya “Real”ı (Madrid) finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 36-cı dəqiqədə Vinisius Junior açıb, 67-ci dəqiqədə isə Kevin De Bruyne “şəhərlilər”in bərabərlik qolunu vurub.

Cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru