“Nant” klubu baş məşqçisini istefaya göndərdi

10-05-2023, 12:54           
“Nant” klubu baş məşqçisini istefaya göndərdi
Fransanın “Nant” klubu baş məşqçi Antuan Kombuareni istefaya göndərib.
Bakupost.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı mövsümün sonuna kimi Pyer Aristuinin çalışdıracağı açıqlanıb.
Kombuare 2021-ci ilin əvvəlindən “Nant”a rəhbərlik edirdi. O, bu komandanı 2021/22 mövsümündə Fransa kubokunun qalibi edib. Bu mövsüm isə “Nant” Avropa Liqasında 1/16 finala, Fransa kubokunda finala qədər irəliləyib. Liqa 1-də isə komanda çox uğursuz mövsüm keçirir. 34 oyunda cəmi 32 xal toplamış “Nant” 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru