Buskets “Barselona”dan gedir

10-05-2023, 08:33           
Buskets “Barselona”dan gedir
Serxio Buskets “Barselona”dan ayrılmaq qərarına gəlib.

Yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatır.

Məlumata görə, 34 yaşlı futbolçu mövsümün sonunda “Barsa”dan ayrılmaq qərarını komanda daxilində açıqlayıb.

Onun nə vaxt rəsmi açıqlama verəcəyi hələlik məlum deyil.


Ola bilsin ki, o, “Barselona”nın La Liqada titul qazanmasını gözləyəcək. Bunun artıq Espanyolla növbəti oyunda baş vermə ehtimalı var.

Qeyd edək ki, Buskets “Barselona” akademiyasının məzunudur. O, komandada debütünü 2008-ci ildə edib. Yarımmüdafiəçi komanda ilə səkkiz dəfə İspaniya çempionatını, yeddi dəfə ölkə kubokunu və Superkubokunu, üç dəfə Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru