Konfrans Liqası: “Vest Hem” və “Bazel”dən əzmkar qələbə - VİDEO

12-05-2023, 11:24           
Konfrans Liqası: “Vest Hem” və “Bazel”dən əzmkar qələbə - VİDEO
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə təşkil olunub.

İtaliyanın “Fiorentina” klubu öz meydanında İsveçrə təmsilçisi “Bazel”i qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb. Artur Kabral ev sahiblərini hesabda irəli keçirsə də, Endi Diuf və Zeki Amduninin qolları “Bazel”ə qələbə qazandırıb.


Digər matç İngiltərədə keçirilib. “Vest Hem” doğma azarkeşləri qarşısında Niderland “AZ Alkmaar”i ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Qonaqların heyətində Ticcani Reynders hesabı açsa da, Said Benrahma və Maykl Antonionun qolları ingilislərə qələbə qazandırıb.

Komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru