Messinin üzr istəməsinin detalları açıqlandı: Gizli müqavilə olub

12-05-2023, 08:08           
Messinin üzr istəməsinin detalları açıqlandı: Gizli müqavilə olub
Lionel Messinin PSJ-dən üzr istəməsinin detalları bəlli olub. Aut.az xəbər verir ki, Messi, ona qarşı tətbiq edilmiş cəzanın qaldırılacağına dair zəmanət müqabilində PSJ-dən üzr istəyib.

PSJ 35 yaşlı futbolçunu Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün iki həftəlik cəzalandırılmışdı. “RMC Sport” xəbər verir ki, cəzanın tətbiqindən dərhal sonra Lionelin nümayəndələri onun erkən ləğvi və argentinalının məşqlərə qayıtması üzərində işləməyə başlayıblar.

Tezliklə Messinin nümayəndələri PSJ ilə əlaqə saxlayıb və gizli müqavilə bağlayıblar. Hər iki tərəfin imzaladığı müqavilənin mətnində Messinin baş verənlərə görə üzr istəməsindən sonra məşqlərə qayıdacağı bildirilir. Razılaşmada hücumçunun matçlarda iştirakı ilə bağlı heç nə deyilməyib.

Messinin nümayəndələri bu məlumatı şərh etməyib, PSJ isə belə bir razılaşmanın olduğunu təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru