Mane Türkiyə klubuna keçir? – ŞOK İDDİA

13-05-2023, 09:44           
Mane Türkiyə klubuna keçir? – ŞOK İDDİA
Münhen “Bavariya”sının mövsümün sonunda yollarını ayırmağa qərar verdiyi Sadio Mane üçün Türkiyənin “Fənərbağça” klubu hərəkətə keçib.

İstanbul təmsilçisi həm klubla, həm də 31 yaşlı seneqallı futbolçunun meneceri ilə əlaqə saxlayıb. Bir müddət heyətdən kənar qaldıqdan sonra heyətə qayıdan ulduz futbolçunun mövsüm sonunda komandadan ayrılmağı planlaşdırdığı bildilir.

Sadio Mane üçün “Liverpul”a 32 milyon avro ödəyən “Bavariya”nın futbolçunu 20 milyon avroya sata biləcəyi iddia edilir.

Qeyd edək ki, Manenin “Çelsi”yə keçidi də gündəmdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru