Avro-2016: 3 oyun keçirildi

17-06-2016, 10:12           

Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Ukrayna və Şimali İrlandiya komandaları qarşılaşıblar.
Gərgin keçən oyunda Şimali İrlandiya komandası 2:0 hesabla qələbə qazanıb.
Qollar: Makoli (49), Makgin (90+6).
Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Almaniya Polşa ilə qarşılaşıb.
Bu görüşdə ilk dəfə olaraq qapılara qol vurulmayıb. Oyun heç-heçə başa çatıb.
Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İngiltərə və Uels komandaları qarşılaşıblar.
İlk qol uelslilərdən gəlib – 42-ci dəqiqədə Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb.
İngilislərin cavab qolu 56-cı dəqiqəyə təsadüf edib – Ceymi Vardi fərqlənib. Bundan ruhlanan İngiltərə futbolçuları qələbə topunu da vura biliblər – 90+2-ci dəqiqədə Staric komandasına qələb qazandırıb.
Beləliklə, B qrupunda İngiltərə 4 xalla liderdir, 3 xallı Uels və Slovakiya 2-3-cü yerləri bölüşür. Rusiya 1 xalla sonuncudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru