" Barselona"ya Çempionlar Liqası üçün lisenziya verildi

13-05-2023, 08:38           
" Barselona"ya Çempionlar Liqası üçün lisenziya verildi
İspaniyanın "Barselona" klubuna 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) iştirak üçün lisenziya verilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə yanaşı, La Liqanın ümumilikdə 18 komandası bu hüquqa yiyələnib.
Daha əvvəl "Barselona"nın korrupsiya qalmaqalına görə qitənin bir nömrəli klub turnirindən kənarda qalacağı iddia olunurdu.
Qeyd edək ki, Xavi Ernandesin baş məşqçi olduğu kollektiv hazırda 82 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Barselona" artıq ÇL-ə vəsiqəni təmin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.