“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

14-05-2023, 08:43           
“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu
Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

Yenisabah.az xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" ilə fərqi 10 xala çatdırıb. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.

"Qarabağ" bu nəticə ilə Azərbaycan rekordunu qırıb. İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib.

“Neftçi”nin aktivində 9 çempionluq var.

Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.

13 may (şənbə)

20:30. "Səbail" - "Qarabağ" - 0:3

Qollar: Bəhlul Mustafazadə, 71, Ramil Şeydayev, 77-pen., 86

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

"ASCO Arena".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru