“Barselona” 27-ci dəfə İspaniya çempionu olub 15-05-2023, 10:53 İspaniya La Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib."Barselona" 34-cü turda səfərdə "Espanyol"u məğlub edərək (4:2) vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.Xallarını 85-ə çatdıran "Barselona" sona 4 tur qalmış ən yaxın izləyicisi "Real Madrid"i 14 xal üstələyir.Qeyd edək ki, bu, "Barselona"nın 27-ci İspaniya çempionluğu olub. Facebook-da paylaş