"Barselona"nın futbolçularına hücum çəkdilər, sevinməyə qoymadılar - VİDEO

15-05-2023, 09:36           
"Barselona"nın futbolçularına hücum çəkdilər, sevinməyə qoymadılar - VİDEO
“Barselona” futbolçuları “Espanyol”un meydanında çempionluqlarını qeyd edə bilməyiblər.

Publika.az xəbər verir ki, “Barsa” ispaniya La Liqasının 34-cü turunda 4:2 hesabı ilə qələbə qazanaraq 1-ci yeri təmin edib.

Final fitindən sonra meydanın mərkəzinə toplaşan “Barselona”lı futbolçular sevinərək qalibiyyəti qeyd etmək istəyiblər. Lakin bu vaxt meydana daxil olan “Espanyol”un bəzi azarkeşləri onların üstünə hücum ediblər. “Barsa”nın oyunçuları tez paltardəyişmə otağına qaçıblar.

Polis və təhlükəsizlik əməkdaşları olaya müdaxilə ediblər. Fanatlar polisə müxtəlif əşyalar atıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru