"Araz-Naxçıvan" futzal klubu 17-ci dəfə Azərbaycan çempionu olub

16-05-2023, 09:04           
"Araz-Naxçıvan" futzal klubu 17-ci dəfə Azərbaycan çempionu olub
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.

Fnalda "Araz-Naxçıvan" və "Neftçi" komandaları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən matç Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Araz Naxçıvan" tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

"Baku Fire" isə 3-cü yer uğrunda oyunda "Record club"u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.