Niko Rosberq Bakı trasında dövrə üzrə ən yaxşı nəticə göstərdi

17-06-2016, 23:05           
Niko Rosberq Bakı trasında dövrə üzrə ən yaxşı nəticə göstərdi
"Mercedes" pilotu Niko Rosberq "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə dövrə üzrə ən yaxşı nəticəsini göstərib.

Trend-in məlumatına görə, onun nəticəsi 1:44.913-dir.

Sonrakı nəticələri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Luis Hamilton (+0.189) və "Williams" komandasından Valtteri Bottas (+0.851) göstəriblər.

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.