Xoruz Türkiyə-İspaniya matçının qalibini göstərdi – Video

17-06-2016, 23:43           

İndiyədək AÇ-2016-da baş tutan bütün oyunların nəticəsini dəqiq tapan fransızların “Baltazar” xoruzu İspaniya - Türkiyə matçına da “münasibət bildirib”.

Publika.az xəbər verir ki, Avropa çempionatının “ilbiz”i olan xoruz İspaniya – Türkiyə qarşılaşmasının nəticəsini təxmin edib. Fransa millisinin dünya çempionu olduğu 1998-ci ildə məşhurlaşan “Baltazar”ın sahibinə bu turnir ərəfəsində UEFA-dan rəsmi məktub ünvanlanıb. Məktubda xoruzun stadiona gətirilməməsi qeyd olunub.

Bundan sonra fransızlar oyunların nəticəsini əvvəlcədən tapan xoruzdan yararlanmağa başlayıb. İndiyə qədər bütün oyunların nəticəsini düz tapan “Baltazar” bu gecə Nitsada oynanacaq İspaniya – Türkiyə oyununa da biganə qalmayıb. O, İspaniyanın qələbə qazanacağına işarə vurub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru