“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi: “Liverpul” kənarda qaldı - VİDEO

26-05-2023, 10:43           
“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi: “Liverpul” kənarda qaldı - VİDEO
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edib.

Matç “qırmızı şeytanlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Karlos Kazemironun hesabı açdığı qarşılaşmada “Mançester Yunayted”in digər qollarını Antoni Marsyal, penaltidən Brunu Fernandeş və Markus Reşford vurublar. “Çelsi”də isə Joau Feliks fərqlənib.
Qələbə sayəsində xalını 72-yə çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Erik ten Haqın komandası bununla da Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Eyni zamanda “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib. Hazırda 66 xalı olan “qırmızılar” 4-cü “Nyukasl”dan 4 xal geri qalırlar və qalan bir matçda bu fərqi aradan qaldırmaq mümkünsüzdür.

Uğursuz mövsüm keçirən “Çelsi”yə gəlincə, komanda 43 xalla 12-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru