Ronaldonun sağ, yoxsa Messinin sol ayağı? - Halaand seçim etdi

27-05-2023, 09:46           
Ronaldonun sağ, yoxsa Messinin sol ayağı? - Halaand seçim etdi
"Mançester Siti"nin hücumçusu Erlinq Haalanda maraqlı sual ünvanlanıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Rio Ferdinandın verilişində futbolçudan soruşulub ki, onun özündən asılı olsa idi Kriştiano Ronaldonun sağ, yoxsa Lionel Messinin sol ayağını seçərdi. Buna cavab olaraq Haaland deyib: “Seçim etmək çətindir. Amma yaxşı sol ayağım olduğu üçün Ronaldonun sağ ayağını seçərdim”.

Qeyd edək ki, E.Halaand bu mövsüm İngiltərə Premyer Liqasında 36 qol vurub, 8 qolun isə ötürməsini verib. Beləliklə, onun təkcə bir yarışda 44 qolun vurulmasında birbaşa iştirakı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.