“Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu

23-06-2016, 09:52           

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilib.

Ölkə.Az xəbər verir ki, “E” qrupunda birinci yerdən 1/8 final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığması İrlandiya komandası ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Matçda yeganə qolu 84-cü dəqiqədə Robert Breydi vurub.

Paralel keçirilən oyunda Belçika yığması İsveç millisinə eyni hesabla qalib gəlib. Bu qarşılaşmada da yeganə qol 84-cü dəqiqədə vurulub. Belçika komandasının heyətində Raca Nainqqolan fərqlənib.

Beləliklə, Avropa çempionatının play-off mərhələsinə İsveçrə, Uels, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, İngiltərə, İslandiya, İspaniya, Slovakiya, Portuqaliya, Polşa, Şimali İrlandiya, Belçika və İslandiya yığmaları vəsiqə qazanıblar.

1/8 final mərhələsində İsveçrə-Polşa, Xorvatiya-Portuqaliya, Almaniya-Slovakiya, Uels-Şimali İrlandiya, Macarıstan-Belçika, İtaliya-İspaniya, Fransa-İrlandiya və İngiltərə-İslandiya matçları baş tutacaq.

“Avro-2016”-nın play-off mərhələsi iyunun 25-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru